Azərbaycanlı voleybolçular İndoneziya çempionu oldu

Sportarena.az      21 Aprel 2018, 14:25

Azərbaycan voleybolçuları Odina Əliyeva və Natalya Məmmədova şərəfini qoruduğu “Cakarta” klubu ilə çempion tituluna yiyələniblər.

 

Sportarena.az xəbər verir ki, həmyerlimiz Ziya Rəcəbovun rəhbərlik etdiyi komanda İndoneziya Voleybol Federasiyasının qərarı ilə ölkənin ən güclüsü elan olunub.Buna səbəb onların müntəzəm çempionatda bütün rəqiblərini üstələməsi olub. Nəticə koronavirus pandemiyasına görə dayandırılan yarış təmsilçilərimizin çıxış etdiyi “Cakarta”nın birinci olması ilə yekunlaşıb.

 

Odina Əliyeva isə birinci raundun bombardiri, ən yaxşı hücumçu və liqanın ən dəyərli oyunçusu seçilib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin