FİVB reytinq cədvəlini açıqladı - Millimiz mövqeyini qorudu

21:23 21 Aprel 2020

FİVB yeni reytinq cədvəlini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, qadın voleybolçularımızdan ibarət millimiz bundan əvvəlki reytinqlə müqayisədə mövqeyini qoruyub. Yığmamız 127 xalla 26-cı pillədə qərarlaşıb.Siyahıya 391 xalla Çin başçılıq edir. ABŞ (382) ikinci, Braziliya (328) 3-cüdür.

 

Kişilərdən ibarət millimiz də 101 xalla 58-ci pillədə qalıb.  Kişi komandaların siyahısında isə Braziliya (427) 1-ci, Polşa (384) 2-ci, ABŞ (365) 3-cüdür.


Digər xəbərlər

Xəbər xətti