AFFA e-Milli Liqaya start verir

Sportarena.az      22 Aprel 2018, 12:25

Koronavirus pandemiyasına görə ölkəmizdə dayandırılan futbol yarışlarının bərpa olunacağı tarix məlum deyil.

 

Sportarena.az xəbər verir ki, əvəzində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilk dəfə Premyer Liqada, birinci divizionda, Region Liqasında, Qadınlar Yüksək Liqasında, çimərlik futbolu və futzal üzrə, əlillərdən ibarət komandalar arasında e-futbol (elektron futbol) liqasına start verir.

 

Komandaların qeydiyyatı aprelin 25-dən mayın 15-dək davam edəcək. E-Milli Liqada Azərbaycan Premyer Liqasında iştirak edəcək komandaların təmsil olunacağı gözlənilir. Qaydalara görə hər komanda qalibi müəyyənləşdirəcək 2 oyun keçirəcək. Hər mövsüm iki turnirdən ibarət olacaq və hər bir turnir 3 ay davam edəcək.

 

Turnir ərzində ən yaxşı nəticə göstərən 6 oyunçunun beynəlxalq kiber çempionatlarda iştirakı təmin olunacaq. Eyni zamanda, Avropanın ən məşhur futbol klublarını təmsil edən kiber komandalar ilə yoldaşlıq görüşləri keçiriləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin