AMADA: "İdmançılar tibbi maska ilə məşq və çıxış edə bilərlər"

21:00 22 Aprel 2020

"Dopinqlə mübarizə sahəsində belə qadağa yoxdur və Ümumdünya Antidopinq Agentliyinin koronavirusla bağlı təlimatında bu məqam qeyd olunmur".

 

Sportarena.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli idmançıların koronavirusa görə yarışlarda tibbi maska ilə çıxış etmələrinə icazə verilməsinin nə dərəcədə mümkünlüyü barədə suala cavab verərkən deyib.

 

AMADA rəhbəri bildirib ki, dopinq nəzarəti zamanı əsas prinsip test nümunəsinin birbaşa bədəndən olması və kənar müdaxilədən qorunmasıdır: "O halda ki, tibbi maskanın istifadəsi şübhə doğurmur və maneçilik törətmir, bu zaman onun istifadəsi qadağan deyil. İdmançılar yarışlarda hər bir idman növü üzrə mövcud olan qaydalara əsasən çıxış edir və tibbi maskanın yarışda və ya məşqdə istifadəsi barədə qərar müvafiq idman qurumu tərəfindən qəbul edilə bilər".

 

Qeyd edək ki, Şotlandiyanın Edinburq universitetinin alimləri idmançıların maska taxmaqla koronavirusa yoluxma riskini azalda biləcəklərini vurğulayıblar.


Xəbər xətti