Elman Rüstəmov FİDE rəhbərinə məktub yazdı - Teymur Rəcəbova görə

Sportarena.az      24 Aprel 2018, 12:27

Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov Beynəlxalq Şahmat Federasiyasının (FİDE) rəhbəri Arkadi Dvorkoviçə məktub ünvanlayıb.

 

Sportarena.az xəbər verir ki, məktubda dünyanı bürüyən koronavirus pandemiyası zamanı Rusiyada bütün idman yarışlarının təxirə salındığı yada salınaraq, bununla belə Yekaterinburq şəhərində şahmat üzrə İddiaçılar Turnirinin təşkili barədə yazılıb.

 

Azərbaycan Şahmat Federasiyası FİDE rəhbərliyindən Teymur Rəcəbovun hüquqlarını qorumağı və Azərbaycan şahmatçısını İddiaçılar Turnirinə qaytarmaqla ədaləti bərpa etməyi xahiş edib.

 

Qeyd edək ki, Teymur Rəcəbov iştirakçıların sağlamlığının təhlükə altına alınması səbəbindən İddiaçılar Turnirinin başqa təxirə salınmasını təklif edib. FİDE bununla razılaşmayıb və Teymur Rəcəbov Maksim Vaşye Laqravla əvəzlənib. Nəticədə koronavirus pandemiyasına görə turnir martın 26-da yarımçıq dayandırılıb. Buna Rusiya Federasiyası hökumətinin digər ölkələrlə hava əlaqəsinin kəsilməsi barədə qərarı səbəb olub. Turnirin başqa vaxtda davam etdiriləcəyi açıqlanıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin