Fransa klubunun futbolçusu xəstəxanaya yerləşdirildi

18:05 24 Aprel 2020

Fransanın “Monpelye” klubunun futbolçularından biri xəstaxanaya yerləşdirilib.

 

Sportarena.az xəbər verir ki, klubun həzm sistemində və nəfəsalma ilə bağlı problemləri olan futbolçularından biri xəstəxanaya çatdırılıb.Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda futbolçunun adı açıqlanmayıb.

 

Fransa mətbuatı bu futbolçunun Junior Sambiya olduğunu iddia edir. Onun koronavirus pandemiyasına yoluxması şübhəsi var.


Xəbər xətti