İngiltərədə Premyer Liqa klubları mayın 9-na hazırlaşır

Sportarena.az      24 Aprel 2018, 18:33

Koronavirus pandemiyasına görə yarımçıq dayandırılmış İngiltərə Premyer Liqasının taleyinə hələ də rəsmən aydınlıq gəlməyib.

 

Sportarena.az xəbər verir ki, elita iştirakçıları hazırda ilk növbədə məşqləri nə vaxt bərpa edəcəkləri barədə düşünürlər.Britaniya mətbuatının iddiasına görə, klublar məşqləri mayın 9-dan etibarən bərpa etmək istəyirlər. “Mirror”un iddiasına görə, “Kristal Pelas”, “Bornmut”, “Bernli”, “Şeffild Yunayted” və “Vest Hem” artıq mayın 9-dan məşqlərə çıxmağa hazırlaşır.

 

Xatırladaq ki, bir neçə gün öncə “Liverpul”un futbolçusu Pedro Çirivelya da yerli mətbuata verdiyi açıqlamada komandasının mayın ortalarından etibarən məşqləri bərpa etməyə hazırlaşdığını bəyan etmişdi.

 

İngiltərə Premyer Liqasında mövsümün qalan oyunlarının iyun ayından etibarən keçiriləcəyinə dair ehtimallar səsləndirilir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin