Azərbaycanda daha bir çempionat ləğv olunur

Sportarena.az      25 Aprel 2018, 17:10

Həndbol üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatı vaxtından əvvəl yekunlaşa bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Report"a federasiyanın idman şöbəsinin müdiri İsgəndər Əsgərov məlumat verib. O bildirib ki, səbəb koronavirus pandemiyası ilə əlaqədar oyunların keçirildiyi "ABU Arena"nın uzun müddətdir bağlı olmasıdır. Əsgərov yekun qərarın karantin müddətinin bitəcəyi mayın 4-dən sonra qəbul ediləcəyini vurğulayıb.

 

Federasiya rəsmisinin sözlərinə görə, yarış erkən yekunlaşsa, "Azəryol" qadınlar, "Məhsul" isə kişilər arasında ölkə çempionu elan olunacaq. Çünki qadınların mübarizəsinin sonuna 3 tur qalmış "Azəryol" ən yaxın izləyicisi "Qarabağ"ı 6 xal qabaqlayır. "Azərsu" üçüncü, "İdman Akademiyası" dördüncü yerdədir. Kişilərin yarışında isə lider "Məhsul" sona 4 tur qalmış ən yaxın izləyicisi "Bakı"dan 4 xal öndədir. Bu iki komanda arasındakı ilk 3 dövrənin oyunlarında da "Məhsul" qalib gəlib. "Təhsil" üçüncü, U-18 dördüncüdür.

 

Əksər ölkələrdə çempionatların ləğv olunduğunu xatırladan Əsgərov Avropa kuboklarından yalnız Çempionlar Liqasının "4-lər finalı" formatında davam etdirilməsinin mümkünlüyünə diqqət çəkib. Lakin federasiya rəsmisi bu yarışın aqibətinə iyunda aydınlıq gələcəyini və ən yaxşı halda dekabrda baş tuta biləcəyini əlavə edib.

 

Qeyd edək ki, daha əvvəl basketbol üzrə Azərbaycan Super Liqası dayandırılıb və "Zirə Astara" çempion elan olunub. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin