Koronavirusa yoluxan futbolçu süni koma vəziyyətindədi

18:26 25 Aprel 2020

"Monpelye" klubunun yarımmüdafiəçisi Junior Sambiya koronavirusa yoluxub.

 

Sportarena.az xəbər verir ki, Sambiya hazırda süni koma vəziyyətindədi. Bu barədə 23 yaşlı futbolçunun meneceri Frederik La Qerra məlumat verib:

 

"Vəziyyəti nə yaxşılaşır, nə də pisləşir. Junior karantin qaydalarına əməl edirdi, yəqin ki, mağazaya alış-verişə gedərkən koronavirusa yoluxub. Çərşənbə günü evə buraxılmalı idi, amma sonradan ağciyərlərinin vəziyyəti pisləşdi.İndi o, süni koma vəziyyətindədi. Buna qədər iki xəstəxana dəyişmişik. Normal şərait axtarışındayıq".


Digər xəbərlər

Xəbər xətti