“Xəzər Lənkəran”ın tanınmış məşqçisi vəfat etdi

14:04 26 Aprel 2020

Lənkəran futbolunda xüsusi yeri olan Namiq Qarayev bu gün dünyasını dəyişib.

 

Sportarena.az xəbər verir ki, 60-cı illərin sonunun Lənkəranın " Xəzər" klubunda oynamış Qarayev mədə xərəçəngi xəstəliyindən əziyyət çəkirmiş.Məşqçi N.Qarayev 2 il əvvəl xərçəngə qalib gəlsə də, o yenidən həmin xəstəliyə düçar olub. O yenidən müalicələrə başlasa da, həyatını xilas etmək mümkün olmayıb.

 

Namiq Qarayev futbolçu karyerasını erkən bitirib, ali təhsil aldıqdan sonra məşqçi kimi fəaliyyət göstərib. "Xəzər Lənkəran”da çalışıb və ömrünün son 25 ilini uşaq futbolunun inkişafına sərf edib.


Digər xəbərlər

Xəbər xətti