İtaliyada futbolçular fərdi məşqlərə başlayır

15:15 26 Aprel 2020

Mayın 4-dən başlayaraq, İtaliyada karantin rejimi yumşaldılmağa başlayacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə ölkəin baş naziri Cüzeppe Konte məlumat verib. “La Reppublica” nəşri yazır ki, idman naziri Vinçenso Spadafora həmin tarixdən aktiv idman həyatının başlayacağını güman edir.Məlumata görə, 4 maydan başlayaraq, idmançılar fərdi qaydada məşq edə biləcəklər. Qrup məşqlərinin isə 18 maydan başlanması nəzərdə tutulur.

 

Futbol çempionatının bərpası tarixi ilə bağlı hələlik qərar yoxdur. Amma oyunların azarkeşlərin iştirakı olmadan keçiriləcəyi dəqiqləşib.


Xəbər xətti