"Yuventus" "Barselona"nın futbolçusuna "elçi düşüb"

17:00 26 Aprel 2020

"Barselona"nın yarımmüdafiəçisi Serci Roberto karyerasını İtaliyada davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, "Yuventus" Robertonun xidmətində maraqlıdı. Turin klubu 28 yaşlı futbolçunun müxtəlif mövqelərdə oynamaq bacarığını yüksək qiymətləndirir."Barselona" Roberto ilə yolları ayırmağa hazırdı. Artıq ispan oyunçunun ətrafı da bu barədə məlumatlıdı.

 

Komandaların "barter" variantına üstünlük verəcəyi gözlənilir. "Yuve" Roberto qarşılığında bir neçə futbolçusunu qarşı tərəfə təklif edə bilər. Onların sırasında Miralem Pyaniçin də adı var.


Digər xəbərlər

Xəbər xətti