AFFA Gənclər Liqasının bərpa tarixini açıqladı

Sportarena.az      28 Aprel 2018, 13:02

Xüsusi karantin rejimi 4 may saat 00:00-da başa çatacağı təqdirdə, AFFA-nın təşkilatçılığı ilə keçirilən Gənclər Liqasında oyunların azarkeşsiz olması şərtilə mayın 20-də bərpası nəzərdə tutulur.

 

Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu məsələ müvafiq liqada mübarizə aparan klubların nümayəndələri ilə mütəmadi müzakirə olunur.Xüsusi karantin rejimi ilə bağlı mövcud vəziyyət hər hansı şəkildə dəyişəcəyi təqdirdə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul edəcəyi qərarlara uyğun olaraq, AFFA Gənclər Liqası barədə müvafiq addım ata bilər.

 

Qeyd edək ki, AFFA martın 3-dən müxtəlif yaş qruplarından ibarət komandalar arasında keçirilən liqalarda oyunları qeyri-müəyyən vaxta qədər təxirə salmışdı. Operativ Qərargah aprelin 27-dən xüsusi karantin rejiminin müəyyən qədər yumşaldılması barədə qərar qəbul edib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin