Millimizin üzvü Belarus klubunda

12:10 30 Aprel 2020

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü Marqarita Əzizova Belarusun “Minçanka” klubuna transfer olub.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun feysbuk səhifəsi məlumat yayıb.Əzizova 2020/2021-ci illərdə bu komandada oynayacaq.Oyunçumuz keçidi barədə fikirlərini də açıqlayıb: “Bu komandada oynamaq istəyirdim. Hər zaman çıxışları izləmişəm. Rusiya çempionatında oynamaq böyük təcrübə olacaq”.

 

Qeyd edək ki, “Minçanka” Rusiya çempinatında mübarizə aparır.


Xəbər xətti