"Mövsüm erkən başa çatsa,700-800 milyon avro itirəcəyik.Bu, ölümdü" - Federasiya prezidenti

Sportarena.az      30 Aprel 2018, 14:13

İtaliya Futbol Federiyasının (FIGC) prezidenti Qabriele Qravina koronavirus pandemiyası səbəbindən mövsümün vaxtından əvvəl başa çatmasına qarşıdı.

 

Sportarena.az xəbər verir ki, Qravina B Seriyasında çıxış edən "Askoli"nin təşəbbüsü ilə keçirilən iclasda fikirlərini belə əsaslandırıb:

 

"Federasiyanın prezidenti olduğum müddətdə mövsümün erkən bitməsini heç vaxt dəstəkləməyəcəm. Bu, İtaliya futbolunun ölümü deməkdi. Mövsüm vaxtından əvvəl başa çatsa, 700-800 milyon avro itirəcəyik. Boş tribunalar önündə oynasaq, zərərimiz təxminən 300 milyon avro olacaq. Ehtimal azdı, amma mövsümün bərpasından sonra azarkeşlərin stadionlara girişinə icazə verilsə, o zaman 100-150 milyon avro itirəcəyik.Mən ümumi maraqları qoruyuram. Ona görə də təkrar edirəm: futbol oyunları zamanı insanların sağlamlığına obyektiv təhdidlər olmadığı müddətcə mövsümün ləğv olunmasına qarşı çıxacam. Buna razılıq verməyim üçün ancaq "yuxarı dairələr"dən təlimat almalıyam.Bizim beynəlxalq tərəfdaşalarımız, eləcə də UEFA və FIFA qarşısında yerinə yetirməli olduğumuz müqavilə öhdəliklərimiz var".

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin