PSJ Fransa çempionu elan edildi

15:04 30 Aprel 2020

Davam etdirilməməsi qərar verilən Fransa 1-ci liqasında çempion müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, turnir cədvəlindəki son mövqeylər dəyişdirilməyəcək.Çempionatın qalibi PSJ elan edilib. 2-ci pillədə qərarlaşan "Marsel" və 3-cü yerdəki "Renn" Çempionlar Liqasına, 4-cü olan "Lill" isə Avropa Liqasına vəsiqə qazanıb.

 

2-ci liqaya düşən və 1-ci liqaya qalxan klubların adları açıqlanmayıb.Fransanın baş naziri Eduard Filipp ölkədə idman yarışlarının davam etdirilməyəcəyini açıqlamışdı.


Xəbər xətti