Rusiya klubları razılığa gəldilər: Mövsüm ləğv olunur

Sportarena.az      30 Aprel 2020 , 21:48

Rusiyanın Milli Futbol Liqasında (FNL) çıxış edən klublar 2019-2020 mövsümünün davam etdirilməməsi üçün razılığa gəliblər.

 

Sportarena.az "Report"a istinadən xəbər verir ki, bu barədə I liqanın prezidenti İqor Yefremov TASS-a açıqlamasında deyib.O bildirib ki, qərar aşağı dəstə komandalarının təmsilçiləri ilə keçirilən bugünkü iclasda qəbul olunub: "Çempionatı iyunun 21-dən avqustun 2-dək reqlamentdə nəzərdə tutulmuş formatda tam başa çatdırmaq mümkün deyil. Bu qərar yekdilliklə qəbul olundu. Bununla bağlı Rusiya Futbol İttifaqı (RFS) məlumatlandırılacaq. Çünki turnirin başa çatması ilə bağlı son qərarı məhz bu təşkilat verəcək".

 

Qeyd edək ki, martın 17-də dayandırılan Milli Futbol Liqasında 27 tur oynanılıb, 11 tur isə qalıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin