İngiltərənin ən bahalı klubu bəlli oldu

Sportarena.az      1 May 2018, 12:57

Futbol üzrə İngiltərə Premyer Liqasının ən bahalı klubu məlum olub.

 

Sportarena.az xəbər verir ki, “Evening Standart”ın hazırladığı siyahıya görə, Premyer Liqanın ən bahalı klubu “Tottenhem”di.London klubunun dəyəri 1,8 milyard funt-sterlinqdən 2,6 milyarda yüksəlib.

 

Premyer Liqanın ən bahalı ikinci klubu isə “Mançester Siti”di. “Şəhərlilər”in hazırkı dəyəri 2,2 milyard funt-sterlinq olaraq göstərilib.Siyahıda 3-cü yerdə 2,1 milyard funt-sterlinqlə “Mançester Yunayted” qərarlaşıb.

 

İlk 3-lükdə yer almayan, ötən mövsüm Çempionlar Liqasının qalibi olan “Liverpul” isə 1,6 milyard funt-sterlinq dəyərindədir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin