"Normal həyat üçün çox darıxıram" - Joze Mourinyo

Sportarena.az      1 May 2018, 14:38

“Əgər mövsümün qalan 9 matçını oynasaq, bu hamımız üçün yaxşı olacaq. Normal həyat, hər gün etdiyimiz şeylər üçün daha çox darıxıram”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Tottenhem”in baş məşqçisi Joze Mourinyo “Sky Sports”a açıqlamasında deyib.Portuqaliyalı mütəxəssis koronavirus pandemiyasına görə dayandırılan Premyer Liqa ilə bağlı danışarkən qeyd edib ki, səbirli olmaq lazımdır:


“Futbol bu həyatın sadəcə bir parçasıdır. Səbirli olmaq lazımdır. Bu, hamımızın içində olan bir savaşdır. Oyunlar azarkeşsiz keçirilsə də, mən bunu qəbul etməyəcəyəm. Futbol heç vaxt azarkeşsiz oynanılmaz. Kameraların olması milyonlarla insanın oyunu izləməsini göstərir. Yəni əgər azarkeşsiz bir stadiona ayaq bassaq, oranın azarkeşsiz olmadığını düşünəcəyik”. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin