Azərbaycan Qran-prisi üçün ən ideal variant açıqlandı

Sportarena.az      3 May 2018, 13:55

"Biz Azərbaycan hökuməti, "Formula 1" şirkəti və səhmdarlarla sıx təmasdayıq. Yarışımızın ilin sonlarında baş tutmasını istəyirik. Amma aydın məsələdir ki, istəyimiz koronavirus pandemiyası ilə bağlı vəziyyət aydınlaşmayanadək gerçəkləşməyəcək".

 

Sportarena.az xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov "MotorsportWeek.com"a müsahibəsində deyib. Azərbaycan Qran-prisinin promouteri bildirib ki, Bakı mərhələsinin oktyabrın ortalarından sonraya təxirə salınmaması ilə bağlı "Formula 1" rəhbərliyi ilə razılıq əldə olunub. 

 

O, azarkeşlərin qayğısına qalaraq, onların təcrübələrini dəyərləndirdiklərini vurğulayıb: "Bu səbəbdən, istəyirik ki, tamaşaçılar Bakıdakı yarış həftəsonunun gözəl ab-havasından zövq ala bilsinlər".

 

Rəhimov fikirlərini infrastrukturun böyük hissəsinin yayda qurulması ilə əlaqələndirib. Küçələrdəki hərəkətin çətinlikləri artırdığını xatırladan icraçı direktor məktəblərin açılacağı 15 sentyabradək Qran-prinin təşkilini ideal variant adlandırıb. 

 

Hazırda Avstriya və Böyük Britaniyada hərəyə iki mərhələnin keçirilmə variantı da planlaşdırılır. Lakin Azərbaycan Qran-prisinin promouteri Bakıda belə üsulun tətbiqinə müsbət yanaşmayıb: "Bu, sakinlərimizə böyük narahatlıq gətirəcək. Çünki tras düz şəhərin mərkəzindədir".

 

Qeyd edək ki, Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin