"Roma" və "Latsio" yenidən məşqlərə başlayırlar

Sportarena.az      3 May 2018, 15:35

"Roma" futbol klubu hakimiyyət orqanlarından icazənin alınmasından sonra mayın 6-dan rəsmən yenidən məşq prosesinə başladığını elan edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir."Roma” futbol klubunun rəhbərliyi idman növlərinə karantin tədbirlərinin yumşaldılmasına görə Latsio regionunun hakimiyyətinə təşəkkür etmək istərdi. Gələn həftə oyunçularımız tibbi müayinələrdən keçəcəklər və Triqorii məşq mərkəzində təhlükəsizlik qaydalarına riayət etməklə fərdi məşqlərə başlayacaqlar”, - klubun "Twitter”dəki bəyanatında bildirilir.

 

Qeyd edilir ki, “Latsio” da həmçinin məşqlərə başlaya bilər.Dünən "Sassuolo" A Seriyasının mayın 4-dən məşqlərə başlayacaq ilk klubu olub. Bu komanda ilə yanaşı, "Parma" və "Bolonya” da məşqlərə başlayacaq. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin