Materatsi illər sonra Zidanla arasında yaşananlardan danışdı - VİDEO

Sportarena.az      4 May 2018, 13:04

İtaliya millisinin sabiq futbolçusu Marko Materatsi 2006-cı ildə keçirilən dünya çempionatının finalında Zinəddin Zidanla arasında yaşanmış qalmaqaldan danışıb.

 

Sportarena.az xəbər verir ki, o, Fransa ilə baş tutan həlledici qarşılaşmada Zidanın onun sinəsinə niyə baş zərbəsi endirməsinə aydınlıq gətirib.Materatsi fransalının bacısına söz dediyi üçün rəqibinin belə əsəbiləşdiyini açıqlayıb: 

 

“Anam 15 yaşımda olarkən vəfat etdi. Mən heç vaxt onun anasını söymərəm. Bacısı barədə söz demişdim. Zidanın kəlləsi? Mən bunu həmin an gözləmirdim. Bəxtim gətirdi ki, buna hazır deyildim. Əgər qarşıdurmaya hazır olsaydım, ikimiz də meydandan qovulacaqdıq. Meydanda aramızda bir az təmas var idi. İlk hissədə komandasının qolunu penaltidən vurdu.Baş məşqçimiz Marçello Lippi mənə tapşırdı ki, Zidana nəzarət elə. Aramızdakı ilk sərt mübarizədən sonra üzr istədim, amma pis reaksiya verdi. Bu mübarizə 110 dəqiqə davam etdi. Üçüncü sərt mübarizədən sonra qışqırdım və mənə tərəf baxıb dedi ki, sənə formamı verəcəm. Cavab verdim ki, bacının formasını seçərəm”.

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin