“Hələ də ödənilməyən maaşlarımız var” - “Sumqayıt”ın yarımmüdafiəçisi

Sportarena.az      4 May 2018, 17:45

"Sumqayıt"ın israilli futbolçusu Əmir Ağayev ölkəsinin mətbuatına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, o, ilk olaraq Azərbaycandakı karantin rejiminin uzadılmasından danışıb: "Komanda ilə "Zoom" proqramı vasitəsi ilə onlayn məşqlər keçirdik. Qəflətən televiziya vasitəsilə elan etdilər ki, karantin müddəti mayın 31-dək uzadılıb".

 

Ə.Ağayev mövsümün bərpa olunacağına inanmadığını deyib: "Komandada özümlə birlikdə təqribən 15 oyunçunun müqaviləsi mövsümün sonunda başa çatacaq. Bu, müəyyən problemlər yaradacaq. İsrail hökuməti vətəndaşlarını ölkəyə aparmaq üçün xüsusi reyslər təşkil edir. Amma hazırda qeyri-müəyyənlikdir. Çünki qayıdıb-qayıtmayacağım sual altındadır.Mayın 31-də "Sumqayıt"la müqaviləm başa çatacaq və azad oyunçu olacağam. Belə də İsrailə qayıda bilərəm. Bundan başqa, hələ də ödənilməyən maaşlarımız var. Bu, kabus və qeyri-müəyyənlikdir".

 

28 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, növbəti mövsüm "Sumqayıt"da qalıb-qalmayacağına asılı olmayaraq, mütləq ölkəsinə yollanacaq: "Çünki 1 ildir İsraildən kənardayam. Yoldaşım hamilə olduğu üçün qış fasiləsində gedə bilmədim. İndiki vəziyyətdə ölkəmə qayıdıb-qayıtmayacağım isə hələ məlum deyil".

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin