Bundesliqa klublarında 10 nəfərdə koronavirus aşkarlandı

Sportarena.az      5 May 2018, 02:22

Almaniya Futbol Federasiyası klubların koronavirus testinin nəticəsini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, ilk sınaqda birinci və ikinci Bundesliqa təmsilçilərində oyunçu və klub işçiləri daxil olmaqla, ümumilikdə 1724 test edilib. Nəticələrə əsasən, 10 nəfərdə koronavirus aşkarlanıb.

 

Bu həftə ikinci sınağın olacağı vurğulanıb. Yeni yoluxma aşkarlanmasa, klublar qrup halında məşqlərini bərpa edə biləcəklər. Əlavə olaraq oyunçuların könüllü olaraq testdən keçmək imkanının olacağı vurğulanıb. Komanda qrup məşqlərini bərpa etdikdən sonra futbolçuların həftədə iki dəfə koronavirus testindən keçirilməsi planlaşdırılır.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin