Məşhur futbolçu bu görüntülərə görə heyətdən kənarlaşdırıldı - VİDEO

Sportarena.az      5 May 2018, 12:00

Almaniyanın “Herta” klubu afrikalı futbolçusu Salomon Kalunu heyətdən kənarlaşdırıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.Belə bir sərt qərarın verilməsinə onun koronavirus pandemiyasına görə tətbiq olunan sosial məsafə və gigiyenik qaydalara əməl etməməsi səbəb olub.

 

Məsələ burasındadı ki, Fil Dişi Sahili millisinin sabiq hücumçusu sosial şəbəkə hesabı vasitəsilə paltardəyişmə otağından canlı yayım açıb. Nəticədə afrikalı forvard istəmədən də olsa, həmin vaxt rəhbərliyin maaş azaltma tələbini tənqid edən Berlin təmsilçisinin digər oyunçusu Vedad İbişeviçin sözlərini ictimaiyyətə çatdırıb. Bundan başqa, videoda futbolçuların sosial məsafə qaydalarına əməl etmədikləri də üzə çıxıb. Bununla da Kalu eyni zamanda komanda yoldaşlarını da çətin vəziyyətdə qoyub.

 

“Herta”lı futbolçuların bu hərəkəti yerli azarkeşlər tərəfindən xoş qarşılanmayıb. Bu üzdən də klub rəhbərliyi rəsmi sayt vasitəsilə bəyanat yaymaq məcburiyyətində qalıblar. Kalu bu hərəkətlərinə görə məşqlərdən və oyunlardan kənarlaşdırılıb. 34 yaşlı futbolçunun özü də klub saytına açıqlama verib. O, vəziyyəti bu həddə çatdırdığı üçün üzgün olduğunu söyləyib:

 

“Analizlərimizin cavabı mənfi çıxdığı üçün həyəcanlandım və düşünmədən hərəkət etdim. Videoda görünən və canlı yayım etdiyimi bilməyən hər kəsdən onları belə pis vəziyyətdə qoyduğum üçün üzr istəyirəm”.

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin