“Kobra” Pərviz İstanbulda karantinə alınmayacaq

Sportarena.az      5 May 2018, 15:49

“Mənim durumumla bağlı son məlumat budur ki, mayın 13-də Dominikandan xüsusi təyyarə bizi aparacaq. Amma hələ bu da dəqiq deyil. Gözləmə mövqeyindəyik”.

 

Sportarena.az xəbər verir ki, bunu Oxu.Az-a kikboksinq üzrə dünya çempionumuz Pərviz Abdullayev deyib.Dominikan Respublikasında keçirilən “Survivor” şou proqramında iştirak edən “Kobra” Pərviz hazırda koronavirus pandemiyasına görə həmin ölkəni tərk edə bilmir. O, mayın 13-də təyyarə olacağı halda, İstanbulda karantində olmayacağını bildirib:

 

“Təyyarə bizi İstanbula aparacaq. Amma mən orada karantində qalmayacağam. Acun Ilıcalı ilə danışmışıq. Mən İstanbula girməyəcəyəm. Hava limanından Azərbaycana qayıdacağam. Çünki İstanbula getsəm, iki həftə orada, iki həftə də Bakıda karantində qalmalı olacağam”.

 

O, gələcəkdə “Survivor”un məşhur iştirakçılarının yarışacağı “All Star”da iştirak etməsinə də toxunub:

 

“Bu yarış 2021-ci ildə də, 2022-ci ildə də keçirilə bilər. Ola bilsin ki, gələn il də “Survivor”da “Məşhurlar – Könüllülər” qarşılaşması olsun. Ona görə də “All Star” yarışı 2022-ci ildə keçirilə bilər. İstənilən halda, mənim “All Star”da iştirakım dəqiqdir”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin