“Fiorentina”nın 6 üzvündə koronavirus aşkarlandı

00:58 8 May 2020

İtaliyanın “Fiorentina” klubu yenidən koronavirus şoku yaşamaqdadır.

 

Sportarena.az xəbər verir ki, klubun bütün əməkdaşlarını koronavirus testindən keçirib. Nəticədə Florensiya təmsilçisində üçü futbolçu olmaqla, altı nəfərdə koronavirus aşkarlanıb.

 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, koronavirusa yoluxanlar artıq izolə olunublar. Analiz nəticələri qənaətbəxş çıxanlar isə sabahdan etibarən klub bazasında məşqləri bərpa edəcəklər.

 

Xatırladaq ki, “Fiorentina”da daha öncə də Patrik Kutrone, Xerman Pesselya və Duşan Vlahoviçdə koronavirus aşkarlanmış və sağalmışdılar.


Xəbər xətti