“Sampdoriya”nın 3 futbolçusunda koronavirus aşkarlandı

13:46 8 May 2020

İtaliyanın “Sampdoriya” klubunun 3 futbolçusu yenidən koronavirusa yoluxub.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.Lakin koronavirusa yoluxan futbolçuların adları açıqlanmayıb. Həmin oyunçuların özlərini yaxşı hiss etdiyi, buna baxmayaraq, karantinə alındıqları və bir müddət həkim nəzarəti altında olacaqları qeyd olunub.

 

Xatırladaq ki, pandemiyanın İtaliyada yenicə yayılmağa başladığı dövrdə də “Sampdoriya”nın bir neçə futbolçusu koronavirusa yoluxmuşdu. Onların arasında Manolo Qabbyadini, Albin Ekdal, Antonio La Qumina, Morten Torsbi, Yakub Yankto, Fabio Depaoli və Bartoş Bereşinskinin adları qeyd olunurdu.


Xəbər xətti