Teymur Rəcəbov Millətlər Kubokunda növbəti dəfə uduzdu

19:00 8 May 2020

Bu gün şahmat üzrə onlayn Millətlər Kubokunda VII tura start verilib.

 

Sportarena.az xəbər verir ki, Teymur Rəcəbovun yer aldığı dünya yığması günün ilk qarşılaşmasında Hindistan komandası ilə qüvvəsini sınayıb. Qarşılaşma dünya yığmasının məğlubiyyəti ilə yekunlaşıb. 

 

Azərbaycanlı qrossmeyster də artıq öz görüşünü başa vurub. O, Hindistan komandasının lideri Vişvanatan Anandla üz-üzə gəlib. Qara fiqurlarla oynayan 33 yaşlı şahmatçı rəqibinə uduzub - 0:1. 

 

Rəcəbov turnirdə daha əvvəl keçirdiyi 6 görüşdə 4 heç-heçə edib, 2 dəfə isə məğlub olub.

 

Hindistan - Dünya yığması 2.5:1.5 

 

Vişvanatan Anand - Teymur Rəcəbov 1:0 

Santoş Vidit - Alireza Firuzca 0:1 

Pentala Harikrişna - Xorxe Kori 1:0 

Harika Dronavali - Mariya Muzıçuk 0,5:0,5

 

Günün digər qarşılaşmasında Çin Avropa komandasını, ABŞ isə Çini eyni hesablarla üstələyib. Dünya yığması günün ikinci qarşılaşmasında ABŞ kollektivi ilə üz-üzə gələcək. 

 

Hazırda Çin 13 xalla liderdi, 9 xalı olan ABŞ və Avropa komandaları 2-3-cü yerləri bölüşdürürlər. 5 xala malik Rusiya 4-cü, 4 xalı olan Hindistan isə 5-cidi. Dünya yığması 2 xalla sonuncu - 6-cı yerdə qərarlaşıb. 


Digər xəbərlər

Xəbər xətti