AFFA-dan əvəzetmə sayı ilə bağlı açıqlama

Sportarena.az      9 May 2018, 12:56

AFFA çempionat oyunlarında əvəzetmə sayının 5-ə yüksəldilməsi ilə bağlı açıqlama yayıb.

 

Sportarena.az qurumun saytına istinadən xəbər verir ki, açıqlamada AFFA-nın daha öncədən əvəzetmə sayının artırılmasına icazə verilməsi barədə FİFA-ya müraciət etdiyini xatırladılıb.

 

"Məlumata görə, AFFA ilə yanaşı, bir neçə digər milli assosiasiya da FİFA-ya eyni məzmunlu müraciət edib. AFFA-ya bu gün daxil olan məlumatda Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) tərəfindən daxili çempionatlarda əvəzetmə sayının 5-ə qədər yüksəldilməsinə icazə verildiyi və bununla bağlı yekun qərarın qəbul olunmasının milli assosiasiyaların səlahiyyətində olması bildirilir.Premyer Liqada oyunların bərpa olunacağı halda bu məsələ AFFA İcraiyyə Komitəsinin videokonfrans formatında keçirilməsi ehtimal olunan növbəti iclasında müzakirəyə çıxarılacaq" - deyə açıqlamada qeyd olunub.

 

Xatırladaq ki, AFFA daha öncə Azərbaycan Premyer Liqasının oyunlarında 4-cü əvəzetmənin aparılmasına razılıq almaq üçün FIFA-ya müraciət edib.  

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin