Almaniya klubunun iki futbolçusu koronavirusa yoluxub

03:10 10 May 2020

Almaniyanın "Dinamo" (Drezden) klubunda 2 futbolçunun koronavirus testi müsbət çıxıb.

 

Sportarena.az xəbər verir ki, bu səbəbdən II Bundesliqa klubunun üzvləri karantinə alınıb.

 

"Tibb işçiləri ilə danışırıq. Federasiya ilə də danışmışıq, amma gerçək budur ki, 14 gün karantində olacağıq və bu müddətdə məşq keçə, oyuna çıxa bilmərik", - klubun idman direktoru Ralf Miqne bildirib.

 

Almaniyada futbol mövsümünün mayın 16-da bərpa ediləcəyi açıqlanmışdı. Baş verən son hadisədən sonra hansı qərarın veriləcəyi şübhə altındadır.Drezden təmsilçisinin mayın 17-də "Hannover" ilə oyunu planlaşdırılıb.


Digər xəbərlər

Xəbər xətti