Çinli futbolçu koronavirusdan sağaldı

22:39 10 May 2020

İspaniyanın “Espanyol” klubunun koronavirusa yoluxan futbolçusu Vu Ley sağalıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə futbolçu sosial şəbəkə hesabında məlumat verib.28 aprel-7 may tarixləri arasında iki testdən keçən çinli futbolçunun hər iki testinin nəticəsi neqativ olub.

 

Qeyd edək ki, Vu Ley “Espanyol”un mart ayında koronavirusa yoluxan 8 futbolçusundan biri idi. Onun bu gündən etibarən məşqlərə başlayacağı bildirilir.


Xəbər xətti