Van der Sar: "Ayaks" 3 futbolçusunu satmağa hazırdı"

00:43 11 May 2020

"Ayaks"ın baş direktoru -  veteran qolkiper Edvin van der Sar 3 futbolçunu satmağa hazır olduqlarını söyləyib.

 

Sportarena.az xəbər verir ki, klub rəsmisi belə deyib:

 

"Ötən ilin yanvarında Donni van de Bek, qapıçı Andre Onana və müdafiəçi Nikolas Talyafikonun daha bir mövsüm komandada qalması ilə bağlı şifahi razılıq əldə etmişdik. Onlara karyeralarının inkişafı baxımından kömək edəcəyimizi bildirmişdik. Bu barədə hər hansı dəyişiklik yoxdu və onlara problem yaratmayacağıq. Amma adıçəkilən futbolçuların qiymətinin 50 faiz ucuzlaşmasını gözləməyə dəyməz".


Digər xəbərlər

Xəbər xətti