“Formula 1” haqqında qərar verildi

13:23 11 May 2020

“Formula 1” iyulun 5-də Avstriyada başlayacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə “The Judge 13” portalı mənbəsinə istinadən məlumat yayıb.Bildirilib ki, bu qərar Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən qəbul edilib və mayın 8-də bildiriş “Formula 1” rəhbərliyinə təqdim edilib.

 

Yarış iki mərhələdən ibarət olacaq. Birinci mərhələ iyulun 5-də, ikinci mərhələ isə iyulun 8 və 9-da baş tutacaq.Bundan sonra iyulun 19 və 23-də Böyük Britaniyada iki mərhələdən ibarət yarış keçiriləcək.

 

Qeyd edək ki, koronavirus səbəbindən bu il baş tutmalı olan Bəhreyn, Vyetnam, Çin, İspaniya Niderland, Azərbaycan və Kanada Qran-priləri təxirə salınıb, Avtraliya, Monako və Fransa mərhələləri isə ləğv edilib. (oxu.az)


Xəbər xətti