“İlk oyunumda Azərbaycana 5 qol vurmuşdum” - Əmrə Belezoğlu

13:57 11 May 2020

“Fənərbaxça”nın kapitanı Əmrə Belezoğlu “İnstagram”da Arda Turanla canlı bağlantı quraraq,karyerası ilə bağlı maraqlı xatirələrini bölüşüb.

 

Sportarena.az xəbər verir ki, o, Azərbaycan millisi ilə həmin dönəmdəki qarşılaşmanı da yada salıb:

 

“Futbola hücumçu kimi başladım. Aşağı yaş qrupu üzrə milli komandadakı ilk oyunumda Azərbaycana beş qol vurdum. Görüşü 5:0 hesabı ilə qazanmışdıq”.

 

Qeyd edək ki, Əmrə Belezoğlu Türkiyənin U-15 yığmasından başlayaraq, aşağı yaş qrupu üzrə bütün millilərində çıxış edib.


Digər xəbərlər

Xəbər xətti