Azərbaycanlı idmançı məşhurlarla karantini pozdu - VİDEO

Sportarena.az      11 May 2018, 15:08

Azərbaycanın tanınmış müğənnilərindən olan Manaf Ağayev ölkədə tətbiq olunan xüsusi karantin rejimini pozub.

 

Sportarena.az xəbər verir ki, buna ifaçının öz dostlarına şəxsi evində iftar verməsi səbəb olub.Belə ki, iftar süfrəsində azı 12 nəfər iştirak edib ki, bu da Nazirlər Kabineti Yanında Operativ Qərargah tərəfindən açıqlanan karantin qaydalarına ziddir.

 

Manaf Ağayevin iftara dəvət etdiyi şəxslər arasında müğənni Teymur Əmrah, Vasif Məhərrəmli ilə yanaşı, kikboksçu Eduard Məmmədov kimi tanınmışlar da var. Onların karantin rejimini bu şəkildə pozması sosial mediada birmənalı qarşılanmayıb.

 

Son günlərdə ölkədə koronavirus infeksiyasına yoluxmada artım müşahidə edilir. Bu səbəbdən rəsmi qurumlar vətəndaşlara çağırış edərək həm sosial məsafə saxlamağı, həm də cəm halda bir yerə toplaşmamağı tələb edir.

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin