Premyer Liqanın ən yaxşı transferləri - SİYAHI

Sportarena.az      11 May 2018, 16:24

ESPN cari mövsümdə İngiltərə Premyer Liqasında baş tutmuş ən yaxşı transferləri müəyyənləşdirməyə çalışıb.

 

Sportarena.az xəbər verir ki, reytinq futbolçunun oyuna təsiri və ona ödənilən məbləğ arasındakı əlaqə əsasında tərtib edilib. 50 milyon funt qarşılığında "Sportinq"i "Mançester Yunayted"ə dəyişən Brunu Fernandeş hamını qabaqlayıb. "Sauthempton"un hücumçusu Denni İnqz ikinci, "Kristal Pelas"ın müdafiəçisi Qari Keyhill isə üçüncü olub.

 

ESPN-in versiyasına görə, "ilk onluq" belədi:

 

1. Brunu Fernandeş ("Sportinq"dən "Mançester Yunayted"ə, 50 milyon funt);

 

2. Denni İnqz ("Liverpul"dan "Sauthempton"a, 20 milyon funt);

 

3. Qari Keyhill ("Kristal Pelas", azad agent);

 

4. Qabriel Martinelli ("İtuano"dan "Arsenal"a, 6 milyon funt);

 

5. Harri Maquayr ("Lester"dən "Mançester Yunayted"ə, 78 milyon funt);

 

6. Ceyms Makkarti ("Everton"dan "Kristal Pelas"a, 3 milyon funt);

 

7. Nil Mope ("Brentford"dan "Brayton"a, 20 milyon funt);

 

8. Aaron Uan-Bissaka ("Kristal Pelas"dan "Mançester Yunayted"ə, 50 milyon funt);

 

9. Mateo Kovaçiç ("Real"dan "Çelsi"yə, 41 milyon funt);

 

10. İsmaila Sarr ("Renn"dən "Uotford"a, 27 milyon funt).

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin