Belarus çempionatında koronavirusa ilk yoluxma təsdiqləndi, komanda karantinə alındı

17:17 11 May 2020

Futbol üzrə Belarus çempionatında ilk koronavirusa yoluxma faktı qeydə alınıb.

 

Sportarena.az oxu.az-a istinadən xəbər verir ki, paytaxtın “Minsk” klubunun bir futbolçusunda COVID-19-un əlamətləri aşkarlanıb. Bu barədə “Minsk”in rəhbəri İqor Şloydo deyib:

 

“Təəssüf ki, oyunçularımızdan birində koronavirus əlaməti üzə çıxdı. Onun vəziyyəti normaldır, lakin simptomları var. Ona görə də, test edildi, nəticəni gözləyirik. Hələ ki, komandanın bütün məşqləri ləğv olunub”.

 

İqor Şloydo onu da bildirib ki, əsas komanda ilə bağlı hər kəs bu gün müayinədən keçiriləcək. Həmçinin klub iki həftəlik karantində olacaq. Bu isə komandanın iki tur matçının təxirə salınması deməkdir.Son məlumata əsasən, adı açıqlanmayan futbolçunun koronavirus testi müsbət nəticələnib.

 

Qeyd edək ki, Belarusda son statistikaya görə, 23 906 insan koronavirusa yoluxub, 135 nəfər dünyasını dəyişib.


Digər xəbərlər

Xəbər xətti