"Qarabağ" Türkiyədə oynayan albaniyalı qapıçı üçün rəsmi təklif göndərdi

Sportarena.az      11 May 2018, 19:20

"Qarabağ" Türkiyənin 1-ci liqa təmsilçisi "Menemenspor"un qapıçısı Gentian Selmanini transfer etmək istəyir.

 

Sportarena.az qol.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə təmsilçisinin baş məşqçisi Cenk Laleci "Radyospor"a açıqlamasında deyib. O, Ağdam klubunun 22 yaşlı qolkiper üçün rəsmi təklif göndərdiyini bildirib: "Selmanini təkcə ölkəmizdəki yox, əcnəbi klublar da izləyir. Onun üçün "Qarabağ"dan təklif almışıq. Klublar arasında danışıqlar davam edir".

 

Qeyd edək ki, "Menemenspor"la müqaviləsi 2021-ci ilin yayında başa çatacaq albaniyalı qapıçı bu mövsüm 28 matçda meydana çıxıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin