Danimarkada çempionatın bərpa tarixi açıqlandı

02:49 12 May 2020

Koronavirus pandemiyasına görə dayandırılan Danimarka çempionatı bərpa ediləcək.

 

Sportarena.az xəbər verir ki, federasiya liqaların mayın 28-dən davam etdiriləcəyini bəyan edib.Danimarkada mövsümün sonuna 2 tur qalıb və bundan əlavə, 1 təxirə salınmış qarşılaşma var. Federasiya iyunun 7-dək mövsümü tamamlamağı planlaşdırıb.

 

Super Liqada 24 turdan sonra 62 xalı olan "Mitdyullann" 1-cidir. "Kopenhagen" 50 xalla 2-ci yerdə qərarlaşıb.


Xəbər xətti