“Barselona”nın futbolçusunda koronavirus aşkarlandı

10:09 13 May 2020

“Valyadolid”də icarə əsasında çıxış edən “Barselona”nın yarımmüdafiəçisi Mateus Fernandesin koronavirus testi müsbət nəticə verib.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” yazıb.Mənbənin məlumatına görə, koronavirus, həmçinin “Valyadolid”in daha iki futbolçusunda, o cümlədən Oskar Planoda aşkarlanıb. Hər üçü karantindədir.

 

Qeyd etmək lazımdır ki, “Barselona” Fernandesi “Palmeyras”dan alıb, lakin oyunçu dərhal icarəyə göndərilib. O, hələ "Valyadolid"in heyətində çıxış etməyi çatdırmayıb.


Digər xəbərlər

Xəbər xətti