Portuqaliya çempionatı bu tarixdə bərpa olunacaq

12:18 13 May 2020

Mart ayında koronavirus səbəbindən təxirə salınan Portuqaliya liqasının bərpasına qərar verilib.

 

Sportarena.az xəbər verir ki, Portuqaliya Futbol Federasiyası rəsmi saytı vasitəsi ilə çempionatın iyunun 4-ü yenidən başlayacağını açıqlayıb.

 

Qeyd edək ki, hazırda turnir cədvəlinə 60 xalla “Portu” başçılıq edir.  “Benfika” 59 xalla 2-ci, “Braqa” 46 xalla 3-cüdür.


Digər xəbərlər

Xəbər xətti