Ronaldo, yoxsa Messi? - Klopp seçimini etdi

15:37 13 May 2020

"Liverpul"un baş məşqçisi Yürqen Klopp "Freekickerz" "YouTube" kanalına müsahibəsində "Barselona"nın hücumçusu Lionel Messi və "Yuventus"un forvardı Kriştiano Ronaldo arasında müqayisə aparıb.

 

Sportarena.az xəbər verir ki, alman çalışdırıcı seçimini Leodan yana edib:

 

"Məncə, Messi daha yaxşıdı. Bununla belə, Ronaldoya sonsuz hörmətim var. Hər ikisinə qarşı oynamışıq. Demək olar ki, onlara qarşı müdafiə olunmaq mümkünsüzdü.

 

Məndən ideal futbolçu profilini təsvir etməyim tələb olunsa, Ronaldonun boyuna sahib, onun kimi yüksəyə tullanan, sürətli qaçan birindən bəhs edərdim. Sonra həmin futbolçuya Kriştianonun işə yanaşmasını da əlavə edərdim. Ortaya qüsursuz və peşəkar biri çıxardı. Daha yaxşı olmaq mümkünsüzdü.

 

Digər tərəfdən, futbolda hər şeyi sadələşdirən, adi bir şeymiş kimi göstərən balaca Messi var. Buna görə də oyunçu kimi Leo daha çox xoşuma gəlir. Amma Kriştiano da inanılmaz futbolçudu".


Digər xəbərlər

Xəbər xətti