İtaliya A seriyası erkən dayandırıla bilər

Sportarena.az      13 May 2018, 16:58

Əgər komandaların bərpa olunan qrup məşqlərindən sonra futbolçular arasında koronavirusa yoluxma qeydə alınsa, İtaliya çempionatı erkən başa vurulacaq.

 

Sportarena.az xəbər verir ki, bu haqda ölkənin səhiyyə naziri Sandra Zampa məlumat verib.

 

“Əgər klubda kiminsə verdiyi test müsbət çıxsa, mövsüm erkən dayandırılacaq. İnsan sağlamlığı hər şeydən öndədir. Hazırda A seriyasını bərpa etmək fikrimiz yalnız iqtisadi məsələlərə görədir” – deyə o bildirib.

 

Daha öncə qeyd edilirdi ki, məşqlərdən sonra hansısa futbolçuda koronavirus aşkarlansa, komandalar 14 günlük özünütəcridə gedəcəklər.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin