AFFA Klublar Komitəsinin videokonfransı keçirildi

Sportarena.az      15 May 2018, 00:49

AFFA, PFL və Premyer Liqa klubları rəsmilərinin iştirak etdiyi iclasda əvvəlcə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov çıxış edərək toplantının keçirilmə qaydaları və müzakirə olunacaq məsələlər barədə danışıb.
 

Sportarena.az xəbər verir ki, Elxan Məmmədov qeyd edib ki, COVID-19 pandemiyası ilə əlaqədar stadionların və digər idman qurğularının dezinfeksiya olunması, çempionat bərpa olunacağı təqdirdə oyunlarda əvəzetmə sayının müəyyənləşdirilməsi, futbolçuların müqavilə müddəti və icarə əsasında çıxış edən oyunçularla bağlı suallara aydınlıq gətirilməsi, kubok oyunlarının təqvimi və uşaq liqalarında oyunların keçirilib-keçirilməyəcəyi əsas müzakirə mövzusu olan məsələlərdir.
 

Sonra Peşəkar Futbol Liqasının texniki idman şöbəsinin rəisi Elgiz Abbasov klubların məşqə başlayacağı təqdirdə ölkə çempionatının hansı tarixlərdə bərpa olunacağı ilə bağlı mümkün variantlar barədə məlumat verib. Cari mövsümün hələ ki başa çatmaması və yekun turnir cədvəlinin olmaması nəzərə alınaraq, klub nümayəndələri klubların adının əlifba sırasına uyğun qaydada çıxış edib.
 

Müvafiq olaraq, “Keşlə”, “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “Sabah”, “Səbail”, “Sumqayıt” və “Zirə” klubunun rəsmiləri müzakirə olunan məsələlər barədə fikirlərini bildirib, onları maraqlandıran sualları səsləndiriblər. Bütün klubların nümayəndələri stadion və bazalarda müvafiq dezinfeksiya işlərinin aparıldığını bildirib.
 

Çempionat oyunlarında 3 fasilə olmaq şərtilə 5 əvəzləmənin həyata keçirilməsi təklifi bütün klublar tərəfindən dəstəkləndiyi üçün məsələnin İcraiyyə Komitəsinin növbəti iclasında gündəliyə daxil olunması qərara alınıb. Kubok oyunlarının təqviminin dəqiqləşdirilməsi üçün Premyer Liqanın mümkün bərpa tarixinin gözlənilməsi barədə razılıq əldə olunub
 

Birinci divizion və uşaq liqalarında oyunların keçirilməsi məsələsinə aydınlıq gətirilməsi COVID-19 pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimi və Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarına əsasən tənzimlənəcək.
 

Premyer Liqa klublarının məşqçi və oyunçu heyətinin koronavirus testindən keçirilməsi ilə bağlı AFFA-nın tövsiyəsinə cavab olaraq, bütün klublar bildirib ki, artıq proses başlayıb və davam edir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin