“Keşlə”nin futbolçusu Bakıya çarter reysi gözləyir

Sportarena.az      15 May 2018, 01:54

“Keşlə”nin qapıçısı Stanislav Namaşko Moldova Futbol Federasiyasının rəsmi saytına açıqlamalar verib.

 

Sportarena.az xəbər verir ki, hazırda Tiraspol şəhərində olan təcrübəli çərçivə qoruyucusu Azərbaycana qayıtmaq üçün çarter reysi gözlədiyini bildirib. Moldovalı qapıçı istənilən an Azərbaycana qayıtmağa və komandasına qoşulmağa hazır olduğunu bildirib: “Kişinyovda yerləşən Azərbaycan səfirliyi ilə əlaqə saxlamışam. Bütün lazımı sənədləri hazırlayıb Azərbaycan vətəndaşları üçün Bakıya çarter reysinin təşkil olunmasını gözləyirəm”.

 

Namaşko “Keşlə” ilə müqaviləsinin iyunun 31-dək olduğunu açıqlayıb: “Pandemiya səbəbindən hələlik rəhbərliklə müqavilənin uzadılması barədə danışmamışam. Açığı, “Keşlə”də oynamağa davam etmək istərdim. Buna görə də ümid edirəm ki, mənə yeni müqavilə təklif olunacaq”.

 

Qeyd edək ki, Stanislav Namaşko cari mövsümün əvvəlində “Keşlə”yə transfer olunub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin