“Lokomotiv” Syomini göndərdi

Sportarena.az      15 May 2018, 03:22

Rusiyanın “Lokomotiv” klubunda baş məşqçi dəyişikliyi olub.

 

Sportarena.az xəbər verir ki, Moskva təmsilçisi Yuri Syominlə yollarını ayırmağa qərar verib.Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. Artıq “Lokomotiv”in yeni baş məşqçisi də məlumdur. Klubun idarə heyəti Syomini Marko Nikoliçlə əvəz edib. Onunla müqavilənin müddəti açıqlanmayıb. Serbiyalı məşqçinin işinə gələn ayın – iyunun 1-dən etibarən başlayacağı diqqətə çatdırılıb.

 

Qeyd edək ki, 40 yaşlı Nikoliç məşqçilik karyerası ərzində daha çox öz ölkəsinin klublarında çalışıb. O, Sloveniyada “Olimpiya” (Lyublyana) və Macarıstanda “Fehervar” klubunun da baş məşqçisi olub.

 

Sonda onu da xatırladaq ki, 2016-cı ildən “Lokomotiv”ə rəhbərlik edən Yuri Syomin, 2013/14 mövsümündə “Qəbələ”nin də baş məşqçisi olub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin