Azərbaycan klubları koronavirus testindən keçiblər

10:35 17 May 2020

Azərbaycanın daha 3 futbol klubunun üzvləri koronavirus testindən keçiblər.

 

Sportarena.az xəbər verir ki, "Keşlə", "Sabah" və "Zirə" klublarının futbolçu, məşqçi və inzibati heyəti COVİD-19 testindən keçiblər.Məlumata görə, 3 klubun heç bir üzvünün nəticəsi pozitiv çıxmayıb.

 

Qeyd edək ki, ötən gün "Neftçi" ilə "Qarabağ"ın da üzvləri koronavirus testindən keçmişdi.


Xəbər xətti