İngiltərə çempionatında mövsüm ləğv edildi

11:15 17 May 2020

İngiltərənin səviyyəcə 4-cü çempionatı sayılan “League Two”da 2019/20 mövsümü ilə bağlı qərar verilib.

 

Sportarena.az xəbər verir ki, sözügedən liqada koronavirus pandemiyasına görə yarımçıq qalmış cari mövsüm ləğv olunub.Bu barədə İngiltərə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

 

3-cü liqaya yüksələcək və aşağı dəstəyə düşəcək komandalarla bağlı isə hələlik rəsmi qərar qəbul olunmayıb. Bunun turnir cədvəlindəki hazırkı sıralama ilə müəyyənləşdiriləcəyi gözlənilir.

 

Qeyd edək ki, İngiltərədə yerli liqalar martın 13-də dayandırılıb. Gələn həftə isə səviyyəcə 3-cü çempionat sayılan “League One” ilə bağlı yekun qərar veriləcək.


Digər xəbərlər

Xəbər xətti