Millimizin futbolçusu Almaniyada çempionata qolla başladı - VİDEO

13:32 17 May 2020

Almaniya 2-ci Bundesliqasında 2019/2020 mövsümü bərpa olunub.

 

Sportarena.az xəbər verir ki, Dmitri Nazarovun çıxış etdiyi "Erzgebirge" 26-cı turda "Sandhausen"i qəbul edib və 3:1 hesablı qələbə qazanıb.Aue təmsilçisinin ilk qolunu 5-ci dəqiqədə penaltidən Nazarov vurub.

 

"Erzgebirge" hazırda 37 xalla 5-ci pillədə qərarlaşıb.

 

 


Xəbər xətti